Forbes: Kamala Harrisi Trampdan daha çox milyarder dəstəkləyir

Forbes: Kamala Harrisi Trampdan daha çox milyarder dəstəkləyir

14 Oktyabr 11:23
Bəyəndim (0) Bəyənmədim (0)

“Forbes” jurnalının məlumatına görə, ABŞ prezidentliyinə namizəd Kəmalə Harrisi 76 amerikalı milyarder, onun rəqibi Donald Trampı isə cəmi 49 milyarder dəstəkləyir. Xarici media da rəqiblərini dəstəkləyən zənginləri ətraflı təsvir edir.
Məsələn, Harrisin tərəfdarları arasında Nyu-Yorkun keçmiş meri Maykl Blumberqi, “LinkedIn” sosial şəbəkəsinin yaradıcısı Rid Hoffmanı, “Google”-un keçmiş baş direktoru Erik Şmidti, kinorejissor Stiven Spilberqi və başqalarını görə bilərsiniz.
Tramp isə Amerika sənaye maqnatlarının dəstəyini alır: məsələn, “Crown Quest Operating” neft-qaz şirkətinin baş icraçı direktoru Timothy Dunn, Amerika pərakəndə satış şəbəkəsi “Home Depot” un həmtəsisçisi və keçmiş sədri , amerikalı sahibkar Harold Hamm.
Bununla belə, ABŞ-da hələ də heç bir tərəfi dəstəkləməyən milyarderlər var. Onların arasında “Amazon” onlayn pərakəndə satış şirkətinin təsisçisi Ceff Bezos, “Meta” şirkətinin yaradıcısı Mark Zukerberq, “Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts və “Google”-un həmtəsisçisi Sergey Brin də var.

Almaz Həsənli