Zelenski Aİ sammitində qələbə planını təqdim edəcək
Ukrayna prezidenti Vladimir Zelenski oktyabrın 17-18-də keçiriləcək Avropa İttifaqı sammitində çıxış edəcək. Orada o, qələbə üçün plan təqdim etməlidir.
Bu barədə Aİ diplomatiyasının rəhbəri Xosep Borrel Aİ Xarici İşlər Nazirləri Şurasının iclasından sonra keçirdiyi mətbuat konfransında məlumat verib.
“Biz bu gün Aİ Şurasına Ukraynanın xarici işlər naziri Andriy Sibiqa ilə danışaraq başladıq, o, bizə döyüş meydanındakı vəziyyət barədə məlumat verdi və prezident Zelenskinin qələbə planının elementlərini şərh etdi. Bununla bağlı Zelenski növbəti Avropa Şurasında çıxış edəcək”, - Borrell bildirib.
Onun sözlərinə görə, müzakirələr zamanı Ukrayna sülh formulunun təşviqi və əlavə edilməsi məsələsi də qaldırılıb.
Borrell vurğulayıb ki, Rusiya diktatoru Vladimir Putini danışıqlara başlamağa məcbur etmək üçün Ukraynanı siyasi və hərbi cəhətdən gücləndirmək lazımdır.
"Biz inanırıq ki, sülh təslim olmaq ilə qarışdırılmamalıdır" deyə Aİ diplomatiyasının rəhbəri əlavə edib.
Oxuməni.az