Almaniya rəhbərliyi İsrailə yeni silah satışını əngəlləyib

Almaniya rəhbərliyi İsrailə yeni silah satışını əngəlləyib

15 Oktyabr 07:49
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya rəhbərliyi İsrailə yeni silah satışını əngəlləyib. Səbəb mülki şəxslərə qarşı silahdan istifadə oluna biləcəyi ilə bağlı qorxu olub.

Bu barədə “Politico” məlumat yayıb.

Nəşrin qeyd etdiyi kimi, Almaniyada silah ixracı ilə bağlı qərarı yüksək rütbəli dövlət məmurlarından ibarət Federal Təhlükəsizlik Şurası verir.

Bununla belə, Almaniyanın vitse-kansleri Robert Habek və xarici işlər naziri Annalena Berbok İsrailə silah ixracını təsdiqləməkdən çəkinərək, ondan mülki insanlara hücum etmək üçün alman silahlarından istifadə etməyəcəyinə dair təminat tələb ediblər.

"İsrailə silah göndərilməsi beynəlxalq humanitar hüquqa uyğundur. Belə öhdəlik tələb edilməsinin səbəbi odur ki, əks halda Almaniya inzibati məhkəməsi buna son qoya bilər", - mənbə Politico-ya bildirib.

Nəşrin həmsöhbəti xatırladıb ki, artıq Almaniya hökumətinə qarşı İsrailə silah ixracının dayandırılması tələbi ilə bir neçə iddia qaldırılıb. İxracın bu cür silahların mülki hədəflərə hücum etmək üçün istifadə edilə bilməyəcəyini bildirən qanunu pozduğunu iddia etdilər.

Oxuməni.az