Çin 600 min nəfərlik "casuslar ordusu" yaradıb
Çin 600 min nəfərdən ibarət casuslar ordusu yaradıb. Qərb ölkələrinin belə bir şəbəkəyə qarşı çıxmaq üçün resursları yoxdur.
Bu barədə The Wall Street Journal məlumat yayıb.
Nəşrin qeyd etdiyi kimi, Çinin kəşfiyyat əməliyyatları artıq Soyuq Müharibə dövründə KQB-nin fəaliyyətini üstələyib. ÇXR-in əməliyyatları kiberhücumlardan tutmuş elmi və ya sənaye casusluğuna qədər fərqli xarakter daşıyır.
Qərb üçün Çin casuslarına qarşı mübarizə onların mərkəzləşdirilməmiş əməliyyatlar aparması ilə mürəkkəbdir. Onlar bir çox şöbələri və özəl şirkətləri bu işə cəlb edirlər. Eyni zamanda, çinli casuslar çox vaxt avtonom hərəkət edirlər.
Həmçinin, FTB-nin məlumatına görə, Çində Amerika departamentinin kiber personalının sayından xeyli çox haker var.
FTB direktoru Kristofer Wray ilin əvvəlində dediyi kimi, Çinin haker proqramı digər böyük dövlətlərin “birləşdirilmiş” haker proqramlarından üstündür.
WSJ-yə mənbə bildirib ki, Çinin kəşfiyyat məlumatlarının toplanması və təhlükəsizlik əməliyyatlarına 600 min nəfər cəlb olunub.
Oxuməni.az