Rusiya Norveçdəki konsulluq işçilərinin sayını iki nəfərə endirib
Rusiyanın Norveçdəki səfirliyi konsulluq işçilərinin sayının iki nəfərə endirilməsi barədə məlumat verib.
“Norveç tərəfinin ixtisarla bağlı müraciətinə uyğun olaraq, 17 oktyabr 2024-cü il tarixinədək səfirliyin konsulluq bölməsindəki diplomatik kontingenti cəmi iki diplomata ixtisar ediləcək”, - səfirliyin bəyanatında deyilir.
Müvafiq olaraq, konsulluq xidmətlərinin həcmi azalacaq.
Norveç hökuməti Rusiya ilə sərhəddə hasar çəkmək imkanını da nəzərdən keçirir.
Oxuməni.az
Digər xəbərlər