NATO Rusiyanın təhdidlərindən qorxmayacaq
NATO Rusiyanın təhdidlərindən qorxmayacaq. Hərbi blok Kiyevə güclü dəstəyini davam etdirəcək.
Bunu NATO-nun baş katibi Mark Rutte deyib.
“Rusiya diktatoru Vladimir Putinə mesaj ondan ibarətdir ki, biz davam edəcəyik, Ukraynanın qalib gəlməsi üçün lazım olan hər şeyi edəcəyik”, - Rutte bildirib.
Agentlik aydınlaşdırır ki, baş katib bu sözləri Kley kazarmasında - NATO-nun Ukrayna üçün Təhlükəsizliyə Yardım və Təlim (NSATU) adlanan yeni missiyasının qərargahının yerləşdiyi Amerika bazasında çıxışı zamanı deyib.
Xüsusilə, bu addım NATO-nun tənqidçisi Donald Trampın Ağ Evə mümkün qayıdışından yardım mexanizmini qorumaq cəhdi kimi qiymətləndirilir.
Oxuməni.az
Digər xəbərlər