İsrail İranın nüvə obyektlərinə deyil, hərbi obyektlərinə zərbələr endirəcək

İsrail İranın nüvə obyektlərinə deyil, hərbi obyektlərinə zərbələr endirəcək

15 Oktyabr 09:32
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydenin administrasiyasına deyib ki, o, neft və ya nüvə obyektlərinə deyil, İranın ordusuna zərbə endirməyə hazırdır.

Bu barədə The Washington Post məlumat yayıb.

Nəşrin mənbələri bildirir ki, bu, İranın İsrailə qarşı son hücumuna ən məhdud cavabdır.

Nəşrin həmsöhbətlərindən biri bildirib ki, cavab “ABŞ seçkilərinə siyasi müdaxilə” kimi qəbul edilməməsi üçün hesablanacaq.

Xatırladaq ki, ABŞ ordusu İsraildə THAAD hava hücumundan müdafiə batareyasını yerləşdirib. Bu addım İsrailin daxili hava hücumundan müdafiə sistemini gücləndirməlidir.

Oktyabrın 12-də İsrailin oktyabrın 1-də baş verən raket hücumuna cavab olaraq İrandakı hədəflərin dairəsini daraltdığı bildirilmişdi. Hədəflər siyahısına, şərti olaraq, İranın nüvə obyektləri daxil deyil.

Oxuməni.az