“Ermənistan Hava Yolları” bütün uçuşları bir ay müddətinə dayandırıb
“Ermənistan Hava Yolları” bu gündən noyabrın 22-dək uçuşları dayandırıb. Şirkət işdəki fasiləni təyyarələrə texniki xidmət göstərilməsi ilə izah edib.
“Ermənistan Hava Yolları” oktyabrın 14-dən noyabrın 22-dək uçuşlar həyata keçirməyəcək.
Daşıyıcının sosial şəbəkədəki səhifəsində yerləşdirilmiş məlumata görə, uçuşların təxminən 1,5 aya dayandırılması təyyarələrə texniki qulluqla bağlıdır.
Məlumatda aydın olur ki, aviaşirkətin donanmasının kiçik olması və texniki xidmətin vaxt aparması səbəbindən uçuşlar dayandırılır, nəticədə “Ermənistan Hava Yolları”nda iş zamanı uça biləcək heç bir təyyarə qalmayacaq.
Əvvəllər Mülki Aviasiya Komitəsi hava gəmilərinə texniki xidmət göstərmək üçün lisenziyanı 16 il müddətinə uzadıb.
Almaz Həsənli
Digər xəbərlər