Kanada altı yüksək vəzifəli Hindistan diplomatını ölkədən çıxarır

Kanada altı yüksək vəzifəli Hindistan diplomatını ölkədən çıxarır

15 Oktyabr 12:15
Bəyəndim (7) Bəyənmədim (0)

“Reuters”in məlumatına görə, buna səbəb bu şəxslərin sikx separatçılarının lideri Hardeep Singh Niccarın ölümündə əli olma ehtimalıdır.

Xatırladaq ki, bu hadisə Hindistanın eyni saatlar əvvəl etdiyindən sonra baş verib: Hindistan Xarici İşlər Nazirliyi altı kanadalı diplomatı ölkədən çıxarmaq qərarına gəlib.

Hindistan Xarici İşlər Nazirliyinin öz səfirini və digər diplomatlarını təhlükəsizlikləri ilə bağlı narahatlıqlarına görə Kanadadan geri çağırmaq qərarına gəlməsindən sonra Kanada və Hindistan yeni diplomatik mübahisənin mərkəzindədir. Qərar Kanadanın altı hind diplomatını və Ottavanın Kanada vətəndaşlarına qarşı hərəkət etdiyini bildirdiyi konsulluq məmurunu ölkədən çıxarmaq qərarını elan etməsindən sonra verilib.

İnsident ötən il sentyabrın ortalarında Kanadada sikx icmasının liderlərindən biri Hardeep Singh Nijjarın öldürülməsi ilə başlayıb. Bundan sonra Kanadanın baş naziri Castin Trüdo bildirib ki, Kanada hüquq-mühafizə orqanları bu cinayətdə Hindistan hakimiyyətinin əli olduğundan şübhələnirlər.

İki ölkə arasında diplomatik müharibənin başlamasından sonra Hindistan Kanadadan 40-a yaxın diplomatını öz ərazisindən geri çağırmasını tələb edib. Lakin Kanada bu tələbləri rədd edib və Hardeep Singh Nijjarın qətlinin araşdırılmasında Hindistandan əməkdaşlıq tələb etməkdə davam edir.

Kanadanın xarici işlər naziri Melanie Jolie bildirib ki, onun ölkəsi Hindistanla diplomatik mübahisə axtarmır, lakin öz maraqlarını müdafiə edəcək və Hindistanın məsələnin araşdırılmasında əməkdaşlığını davam etdirəcək.

Almaz Həsənli