KDR Xarici İşlər Naziri Ruandanı təcavüzdə ittiham edib

KDR Xarici İşlər Naziri Ruandanı təcavüzdə ittiham edib

27 Yanvar 12:37
Bəyəndim (1) Bəyənmədim (0)

Konqo Demokratik Respublikasının (KDR) Xarici İşlər Nazirliyinin rəhbəri Teresa Kayivamba BMT Təhlükəsizlik Şurasının iclasında Ruanda bölmələrinin Konqo ərazisinə daxil olduğunu açıqlayıb.

"Sizin qarşınızda çıxış etdiyim kimi, dünyanın gözü qarşısında görünməmiş hücum davam edir. Ruanda qoşunları ərazimizə daxil olub və bu, suverenliyimizin pozulmasıdır. Bu təcavüzdür, bu, müharibə elanıdır", - Kayivamba deyib.

Nazir vurğulayıb ki, Ruandanın hərəkətləri beynəlxalq hüquqa açıq çağırışdır və regional sabitliyə təhlükə yaradır. O, Təhlükəsizlik Şurasının üzvlərini hərbi əməliyyatların dayandırılmasını, Ruanda qoşunlarının Konqodan çıxarılmasını, təcavüzkar ölkəyə sanksiya tətbiq etməyə və onlara silah satışına qadağa qoymağa çağırıb. "Təhlükəsizlik Şurası təkcə Ruanda silahlı qüvvələrinin bəzi yüksək rütbəli üzvlərinə deyil, həm də bu təcavüzə görə məsuliyyət daşıyan siyasi liderlərin aktivlərini dondurmalı və onların digər ölkələrə gediş-gəlişini qadağan etməlidir",- deyə nazir bəyan edib.

Əziz Mustafa, Oxuməni.az