Çin və Hindistan Rusiya neftinin alışını dayandırıb
Çin və Hindistan mart ayı çatdırılması üçün Rusiya neftinin alışını dayandırıb, “Reuters” treyderlərə istinadən xəbər verir. Bu, ABŞ sanksiyalarına məruz qalmayan tankerlərin kirayəsi üçün artan xərclərin fonunda baş verib.
Hindistanın neft və qaz şirkəti “Brant Petroleum Corp.” Mart ayı üçün yeni təchizat təklifləri olmadığını bildirdi. Onlar dekabr və yanvar ayları ilə müqayisədə yüklərin həcminin azalacağını gözləyirlər. Hindistan adətən hər ayın ortalarında Rusiya neftinin tədarükü ilə bağlı təkliflər alır.
Yanvarın 10-da ABŞ-ın neft-qaz sənayesinə və Rusiyanın “kölgə donanması”nın gəmilərinə qarşı sanksiyalar tətbiq etməsindən sonra məhdudiyyətlərə tabe olmayan tankerlərin kirayələnməsinin qiyməti “bir neçə milyon dollar” artıb. Bu, nəticədə Rusiyanın “ESPO” xam neftinin mükafatının “ICE Brent” ilə müqayisədə bir barel üçün 3-5 dollar artmasına səbəb oldu.
2024-cü ildə Hindistanın neft idxalının 36%-i və Çinin idxalının təxminən beşdə biri Rusiyadan gəlib.
Yeni sanksiyaların tətbiqindən sonra ən azı 65 neft tankerinin Çin və Rusiya sahillərində lövbər saldığı bildirilir.
Almaz Həsənli