400 minə yaxın fələstinli Qəzzanın şimalına qayıdıb
Son günlər 400 min fələstinli Qəzzanın şimalına qayıdıb. Bu barədə BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) öz hesabatında bildirib.
"Yanvarın 27-də sahil yolu və Salahəddin yolunun açılışından bəri cənubdan şimala 375 mindən çox insan keçib", - hesabatda qeyd edilib.
Yəhudi dövləti Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən yanvarın 25-də girovların ikinci qrupu ilə birlikdə İsrail vətəndaşı Arbel Yehudun azad ediləcəyinə razılıq verilməsindən sonra İsrail ordusu fələstinlilərin şimal anklavına qayıtmasına icazə verib. Arbel Yehudun yanvarın 30-da hərbçi Agam Berger və adı hələ açıqlanmayan “başqa bir qaçırılan”la birlikdə evə dönəcəyi gözlənilir.
Yanvarın 15-də Qətərin baş naziri bəyan edib ki, ölkəsi, eləcə də Misir və ABŞ-ın vasitəçilik səyləri nəticəsində İsrail və HƏMAS Qəzzada saxlanılan girovların azad edilməsi və atəşkəs yaradılması barədə razılığa gəliblər. 42 gün davam edəcək birinci mərhələdə Həmas İsrail həbsxanalarında saxlanılan fələstinli məhbusların qarşılığında 33 girovu azad edəcək. Yanvarın 25-də yəhudi dövlətinin ordusunda xidmət edən və anklavda saxlanılan 4 qadın girov Qəzzadan vətənə qayıdıb. İsrail öz növbəsində 200 fələstinli məhbusu azad edib. Onlardan 114-ü İordan çayının qərb sahilinə gəlib, 16-sı Qəzzaya qayıdıb, qalan 70-i isə Misirə deportasiya edilib və burada onları HƏMAS rəhbərliyinin nümayəndələri qarşılayıblar.
Əziz Mustafa, Oxuməni.az