Serbiyanın baş naziri Miloş Vuçeviç istefa verib

Serbiyanın baş naziri Miloş Vuçeviç istefa verib

28 Yanvar 14:36
Bəyəndim (0) Bəyənmədim (0)

Serbiyanın baş naziri Miloş Vuçeviç yanvarın 28-də saat 11:00-da (Bakı vaxtı ilə 14:00) təcili mətbuat konfransı keçirib və istefa verdiyini bəyan edib. Bu barədə Serbiyanın “Veçernye Novosti” qəzeti adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

“Serbiya Respublikasının baş naziri Miloş Vuçeviç istefa verib”, - deyə məlumatda bildirilir.

Bundan əvvəl respublikanın baş nazirinin birinci müavini və daxili işlər naziri İvitsa Daçiç demişdi ki, polis gərginliyin qarşısını almağa və etiraz edən tələbələrə qarşı güc tətbiq etməməyə çalışacaq. Həmçinin bildirilib ki, Serbiyanın paytaxtında etirazçılar ən böyük nəqliyyat qovşağını bağlayıblar.

Yanvarın 27-də Belqradda əsas Belqrad şossesi olan Avtokomandanın 24 saatlıq blokadasına başlanılıb ki, bu da Serbiya paytaxtının əhəmiyyətli hissəsini iflic edə bilər. Belqrad agentliyinin məlumatına görə, etirazlarda 55 minə qədər insan iştirak edib.

Ölkədə etirazlar Novi Sad şəhərində dəmiryol vağzalında baş verən insidentlə bağlı başlayıb. Noyabrın 1-də günorta saatlarında stansiya binasının giriş qapısının üzərinə şüşə, metal və betondan hazırlanmış çardaq uçub.

Vuçiç bir müddət əvvəl Qərbin Serbiyada rəngli inqilab təşkil etməyə çalışdığını bildirmişdi.
Əziz Mustafa, Oxuməni.az