Respublikanın hakimiyyət orqanları etirazçıların bütün tələblərini yerinə yetirib

Respublikanın hakimiyyət orqanları etirazçıların bütün tələblərini yerinə yetirib

30 Yanvar 18:19
Bəyəndim (0) Bəyənmədim (0)

Serbiyanın baş nazirinin birinci müavini və maliyyə naziri Sinisa Mali respublikanın hakimiyyət orqanlarının ali təhsil sektoru üçün əlavə olaraq 12 milyard dinar (təxminən 102,4 milyon avro) ayırdığını və bunun da təhsil xərclərini 50% azaldacağını açıqlayıb. Bununla da ölkə boyu kütləvi aksiyalarda iştirak edən tələbələrin son tələbi yerinə yetirilib.

"Tələbələrin sonuncu, dördüncü tələbinin yerinə yetirildiyini bildirmək istərdim. Serbiya vətəndaşlarının nəzərinə çatdırım ki, bu tələb ali təhsil üçün büdcənin 20% artırılması ilə bağlı idi ki, bu da 12 milyard dinar təşkil edir. Beləliklə, biz bu tələbi də yerinə yetirdik",-Mali Tanjuq agentliyinə deyib.

"Dünən gördüyünüz kimi, prezident Aleksandr Vuçiç 13 nəfərin əfv edilməsi haqqında fərman imzalayıb. Beləliklə, tələbələrin və tələbə birliklərinin hər dörd tələbi yerinə yetirilib. Ümid edirəm ki, bu vəziyyətin həlli dialoqla tapılacaq və mən bu dialoqun olacağını və yaxın gələcəkdə baş tutacağını gözləyirəm”, - deyə Mali yekunlaşdırıb.

Əziz Mustafa, Oxuməni.az