2024-cü ildə uşaq intiharlarının sayı ən yüksək səvviyyəyə çatıb
2024-cü ildə Yaponiyada 1980-ci ildən bəri məktəb yaşlı və məktəbəqədər yaşlı uşaqlar arasında ən yüksək intihar halları qeydə alınıb.
Nazirlər Kabinetinin Baş Katibi Keyitiro Tatibana, səlahiyyətlilərin bu rəqəmləri ciddi qəbul etdiyini söylədi
Yaponiya Səhiyyə Nazirliyinin NHK-yə istinadən verdiyi məlumata görə, ötən il Yaponiyada 20268 intihar hadisəsi baş verib ki, bu da 2023-cü illə müqayisədə 1569 nəfər azdır. Ən çox intihar edənlər kişilərdir (13763). Uşaqlar arasında intiharların sayı 527 olub. Yuxarı sinif şagirfləri arasında i 349, orta məktəbin aşağı sinifləri arasında 163, ibtidai sinif şagirdləri arasında 15 intihar hadisəsi qeydə alınıb.
“Biz ibtidai, orta və yuxarı sinif şagirdləri arasında intihara çox ciddi yanaşırıq. Biz uşaqların həyatını qorumaq və heç kimin intihara məcbur edilmədiyi bir cəmiyyət yaratmaq üçün əlimizdən gələni etməyə davam edəcəyik”, - Tatibana bildirib.
Yaponiyanın əhalisi 124,5 milyon nəfərdən çoxdur. Məktəblilər arasında intiharların əvvəlki maksimum sayı 2022-ci ildə qeydə alınıb - 514 nəfər. Bu, koronavirus pandemiyasından sonra məktəblərdə əyani dərslərin bərpası ilə izah edilib. Bundan əvvəl Yaponiyada intiharların sayı on il dalbadal azalırdı. İntiharların sayının artması fonunda Yaponiya hakimiyyəti 2021-ci ildə tənhalıqla mübarizə proqramını təsdiqlədi və tənhalıq naziri vəzifəsini yaradıb.
Əziz Mustafa, Oxuməni. az