ABŞ BMT-yə Paris iqlim sazişindən çıxdığını bildirib

ABŞ BMT-yə Paris iqlim sazişindən çıxdığını bildirib

29 Yanvar 09:47
Bəyəndim (1) Bəyənmədim (0)

Birləşmiş Ştatlar Paris İqlim Sazişindən çıxması barədə BMT-ni xəbərdar edib və ABŞ 27 yanvar 2026-cı ildə sazişdən rəsmən çıxacaq. Bunu brifinqdə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

ABŞ prezidenti Donald Tramp vəzifəyə gəldikdən dərhal sonra yanvarın 20-də ABŞ-ın Paris sazişindən çıxması haqqında sərəncam imzalayıb. "Birləşmiş Ştatlar depozitari qismində çıxış edən Baş Katibi Paris Sazişindən çıxması barədə yanvarın 27-də xəbərdar edib" dedi Düjarrik.

ABŞ ilk dəfə 2020-ci ildə Paris Sazişindən çıxdı, daha sonra ilk prezidentlik müddətini başa vuran Tramp seçkidən az əvvəl ABŞ-ın imzasını sazişdən geri çəkdi. Bayden isə Prezident kimi ilk günündə, 20 yanvar 2021-ci ildə ABŞ-ı iqlim sazişinə qaytarmaq üçün sərəncam imzaladı.

Paris İqlim Sazişi 2015-ci ilin dekabrında imzalanıb və ona 195 ölkə qoşulub. Onun şərtlərinə əsasən, iştirakçı ölkələr qlobal iqtisadi inkişafın sənayedən əvvəlki mərhələ ilə müqayisədə orta illik temperatur artımını 1,5 və ya 2 dərəcə Selsi səviyyəsində saxlamaq üçün yaxın onilliklərdə karbon qazı emissiyalarını könüllü şəkildə azaltmağı öhdələrinə götürdülər.

Əziz Mustafa, Oxuməni.az