AŞPA Gürcüstandan növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Gürcüstandakı mövcud vəziyyətə həsr olunmuş qətnamənin lehinə səs verib. Sənəddə növbədənkənar parlament seçkilərinin keçirilməsi nəzərdə tutulur.
Qətnamənin lehinə 114 nümayəndə, əleyhinə 13 nümayəndə səs verib, 7 nəfər isə bitərəf qalıb.
Qətnamədə son vaxtlar Gürcüstanda müşahidə olunan çoxsaylı demokratik problemlər, o cümlədən ötən ilki parlament seçkiləri zamanı pozuntular vurğulanır.
Qətnamənin Latviyadan olan məruzəçisi Zanda Kalniņa-Lukaševica, "Gürcüstanın demokratik geriləməsi görünməmiş sürətlə davam edir" dedi.
Bununla bağlı AŞPA-nın qış sessiyasının lap əvvəlində tamamilə iqtidaryönlü “Gürcü arzusu” partiyasının nümayəndələrindən ibarət Gürcüstan nümayəndə heyətinin etimadnaməsinə etiraz edilib.
Bununla belə, qətnamə kompromis variantını nəzərdə tutur: AŞPA-nın hazırkı sessiyası üçün Gürcüstan nümayəndə heyətinin səlahiyyətləri müəyyən məhdudiyyətlərlə tanınır və apreldə baş tutacaq növbəti sessiyaya qədər Gürcüstan bir sıra tövsiyələri yerinə yetirməli olacaq. Rəsmi Tbilisidən şəffaf və demokratik seçki prosesinə başlamaqla yanaşı, bütün siyasi məhbusları azad etmək, real Avropaya inteqrasiya yoluna qayıtmaq, etirazçılara qarşı polis zorakılığını araşdırmaq, “xarici təsir haqqında” qanunu ləğv etmək və s.
Əziz Mustafa, Oxuməni.az