Zelenski Slovakiyanın Ukraynanın NATO üzvlüyünə dəstək verməsini istəyib
Slovakiyanın baş naziri Robert Fitso bildirib ki, Vladimir Zelenski ona hələ baş tutmayan görüşün protokolunu göndərib. Mətndə deyilir ki, o, Kiyevin NATO-ya üzvlüyünə zəmanət almaq istəyir.
"Görüş hələ baş tutmayıb, lakin görüş üçün protokol hazırlanıb", - deyən Fitso mətndə Kiyevin NATO-ya üzvlüyünə dəstək də daxil olmaqla, Bratislavanın "Ukrayna üçün nə edəcəyi" ilə bağlı məqamların olduğunu qeyd edib. "Orada qazdan ümumiyyətlə bəhs edilməyib", - Fitso əlavə edib.
Bundan əvvəl siyasətçi Zelenskiyə Ukrayna ərazisindən Slovakiya və digər ölkələrə qaz nəqli məsələlərini müzakirə etmək üçün Slovakiya ərazisində görüşməyi təklif edib və Ukraynaya gəlmək üçün cavab dəvəti alıb.
Oxuməni.az
Digər xəbərlər