Ukrayna Xorvatiyadan yeni yardım paketi alacaq
Ukrayna Xorvatiyadan Rusiya ilə münaqişəyə öz hərbi qulluqçusunu göndərməsini istəmir, lakin Zaqrebdən 12-ci yardım paketi ayırmağı xahiş edir. Bu barədə Xorvatiyanın baş naziri Andrey Plenkoviç ukraynalı həmkarı Denis Şmıxalla keçirdiyi birgə brifinqdə bildirib.
Xorvatiya hökumətinin başçısının sözlərinə görə, Zaqreb Ukrayna hərbçilərinə və ordusuna yardımı davam etdirəcək.
"Xorvatiya hökuməti iclasda Ukraynaya daha bir hərbi yardım paketi ilə bağlı qərar verəcək, bu, bizim 12-ci paketimiz olacaq", - Xorvatiyanın baş naziri bildirib.
Bundan əvvəl Plenkoviç məlumat vermişdi ki, Zaqreb xüsusi hərbi əməliyyat başlayandan bəri Kiyevə 300 milyon avro ayırıb.
Digər məsələlərlə yanaşı, Xorvatiyanın baş naziri qeyd edib ki, keçən il Aİ səviyyəsində Kiyevə dörd il ərzində 50 milyard avro məbləğində yardım ayrılması barədə qərar qəbul edilib ki, bu da “aylıq praktiki olaraq 1 milyard avro” təşkil edir.
Əziz Mustafa, Oxuməni.az