Kuba ABŞ-ın Quantanamoda miqrantların yerləşdirilməsi qərarını rədd edib
Kuba ABŞ prezidenti Donald Trampın Quantanamodakı ABŞ hərbi bazasına qanunsuz miqrantları deportasiya etmək qərarını rədd edib. Bu barədə Kuba Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Kuba ABŞ prezidentinin Quantanamo hərbi dəniz bazasından zorla qovulmalı olan on minlərlə miqrantı saxlamaq üçün istifadə etmək barədə elan etdiyi qərarı rədd edir", - diplomatik missiyanın Facebook səhifəsində dərc edilən sənəddə deyilir. .
"Onların-miqrantların saxlanması təklif edilən ərazi ABŞ-a aid deyil", - deyə bəyanatda vurğulanır: "Buranın şərqindəki Quantanamo ABŞ tərəfindən işğal edilən Kuba ərazisinin bir hissəsidir. Orada Kuba xalqının iradəsinə zidd olaraq miqrantlar yerləşdirilə bilməz”.
Sənəddə qeyd edilır ki, belə bir addım Quantanamoda və onun ətrafında təhlükəsizliyə xələl gətirəcək”.
Əziz Mustafa, Oxuməni.az