Kaliforniya ABŞ-dan ayrılaraq müstəqil dövlət olmaq istəyir
Kaliforniyanın dövlət katibi Şirli Veber ABŞ-dan ayrılaraq müstəqil dövlət olmağa dair səsverməni dəstəkləmək üçün imzaların toplanmasına razılıq verib.
Qeyd olunur ki, bu məsələnin 2028-ci il seçki bülleteninə salınması üçün 2025-ci ilin iyul ayına qədər 546 651 imza toplanmalıdır. Kaliforniyada qeydə alınmış seçicilərin ən azı 50%-i səs verərsə və səslərin ən azı 55%-i “bəli” olsa, bu, müstəqil dövlət olmaq üçün “Kaliforniya əhalisinin iradəsinin ifadəsi” olacaq.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, Birləşmiş Ştatlar Qrenlandiyanın statusu məsələsini öz xeyrinə həll edə biləcək və ABŞ bunu əldə edəcək.
Amerika prezidentinin qeyd etdiyi kimi, regionun sakinləri amerikalı olmaq istəyirlər.
Əziz Mustafa, Oxuməni.az
Digər xəbərlər