Vaşinqtonda Kapitolinin yaxınlığında şübhəli şəxs saxlanılıb
Vaşinqtonda ABŞ Konqresinin binası yaxınlığında əlində bıçaq və molotov kokteyli butulkası olduğu iddia edən şəxs saxlanılıb. Bu barədə NBC Kapitol polisinə istinadən məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi Kapitolinin cənub girişinin yaxınlığında “qanunsuz fəaliyyətə” görə saxlayıblar. Həmin şəxsin həqiqətən də yanında “Molotov kokteyli” və bıçaq olub-olmadığı hələlik məlum deyil.
Yanvarın 9-da bildirildi ki, Vaşinqtonda polis Kapitoliyə bıçaqlı silah gətirməyə cəhd edən şəxsi saxlayıb. ABŞ Konqresinin Ziyarətçi Mərkəzinə (CVC) daxil olmaq niyyətində olan hücumçunun əlində üç bıçaq olub.
Yanvarın 2-də ABŞ Konqresinin binası yaxınlığında şübhəli avtomobil aşkar edilib. Bildirilib ki, avtomobilin sürücüsü əvvəlcə piyada yolu ilə hərəkət edib, daha sonra isə qazona çıxıb. Həmin şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Bundan əvvəl ABŞ Konqres üzvlərinə qarşı təhdidlərin sayının artdığını bildirib.
Əziz Mustafa, Oxuməni.az