
Saakaşvili 4,5 il müddətinə azadlıqdan məhrum edilib
Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini 4,5 il müddətinə azadlıqdan məhrum edib. O, 2021-ci ildə sərhədi qanunsuz keçməkdə ittiham olunub. Bu barədə bazar ertəsi səhər Gürcüstanın “TV Pirveli” telekanalı məlumat yayıb. Mixail Saakaşvilinin özü məhkəmə iclasında iştirak etməyib.
Gürcüstan telekanalının verdiyi məlumata görə, hökmün elanı məhkəmə zalında səs-küyə səbəb olub. Nəticədə eks-prezidentin tərəfdarları məhkəmə zalından çıxarılıb. Hökmü hakim Mixail Cincoliya elan edib.
Martın 12-də Tbilisi şəhər məhkəməsi Mixail Saakaşviliyə qarşı 3,2 milyon dollardan çox dövlət vəsaitini mənimsəməkdə ittiham olunan hökm çıxarıb. Gürcüstanın eks-prezidenti dövlət vəsaitindən öz ehtiyacları üçün istifadə etməkdə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib: oğlunun təhsil haqqını ödəmək, təyyarə və bahalı maşın kirayələmək, şəxsi qarderobuna əşyalar almaq.
Hazırda Mixail Saakaşvili deputat Valeri Gelaşvilinin döyülməsi və Sandro Qirqvlianinin qatillərinin əfv edilməsi işləri ilə əlaqədar 6 il həbs cəzası çəkir.
Almaz Həsənli