
Britaniya Suriyaya 160 milyon dollar yardım edəcək
Böyük Britaniya baş nazirinin müavini Nik Kleq Suriyaya əlavə 160 milyon dollarlıq humanitar yardım göstərəcəyini açıqlayıb. Bu barədə “İnterfaks” xəbər verir.
BMT Baş Assambleyasında çıxış edən Kleq beynəlxalq ictimaiyyətin böhranın siyasi həllini axtardığı bir vaxtda Suriya xalqına dəstək verilməsinin vacibliyini vurğulayıb.
O, humanitar yardımın əhəmiyyətli çatışmazlığına işarə edərək, digər ölkələri yardımın göstərilməsində fəal iştirak etməyə çağırıb.
Bu tranşla Böyük Britaniyanın böhranın əvvəlindən Suriyaya humanitar yardımının ümumi məbləği təxminən 4,8 milyard dollar olacaq.
Ötən ilin dekabrında ABŞ və Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu Bəşər Əsədin hakimiyyətinin “bitdiyini” bəyan edib. Rusiya Xarici İşlər Nazirliyi Əsədin dövlət başçısı vəzifəsindən getməyə qərar verdiyini və Suriyanı tərk edərək “hakimiyyətin sülh yolu ilə ötürülməsi barədə göstəriş verdiyini” bildirdi. Daha sonra TASS-ın Kremldəki mənbəsi Əsəd və ailəsinin Moskvaya gəldiyini və Rusiyanın onlara “humanitar səbəblərə görə” sığınacaq verdiyini bildirib.
Əziz Mustafa, Oxuməni.az