BƏƏ ravvinin qətlində təqsirli bilinən üç nəfəri edam cəzasına məhkum edib

BƏƏ ravvinin qətlində təqsirli bilinən üç nəfəri edam cəzasına məhkum edib

1 Aprel 07:40
Bəyəndim (3) Bəyənmədim (0)

Əbu-Dabi məhkəməsi Moldova-İsrail ravvini Zvi Koqanın qətlində təqsirli bilinən üç nəfəri ölüm cəzasına məhkum edib.

İş üzrə digər təqsirləndirilən şəxs isə qətlə köməklik etdiyi üçün ömürlük həbs cəzası alıb.

BƏƏ ədliyyə orqanları mühakimə olunanların adlarını açıqlamayıb. Qeyd edək ki, ötən ilin sonunda qətli törətməkdə şübhəli bilinən üç Özbəkistan vətəndaşı Türkiyədən ekstradisiya edilib.

Keçən noyabrda 28 yaşlı Dubay koşer ərzaq mağazasının sahibi Zvi Koqanın itkin düşdüyü və daha sonra ölü olduğu bildirilmişdi. Koqanın cənazəsi İsrailə aparılıb və orada dəfn edilib.

Əziz Mustafa, Oxuməni.az