Əsədin silahlı tərəfdarları Dəməşq yaxınlığında patrulu atəşə tutub

Əsədin silahlı tərəfdarları Dəməşq yaxınlığında patrulu atəşə tutub

1 Aprel 10:33
Bəyəndim (3) Bəyənmədim (0)


Suriyanın yeni hakimiyyət orqanlarına tabe olan təhlükəsizlik qüvvələrinin patrulu Dəməşq yaxınlığında keçmiş prezident Bəşər Əsədin silahlı tərəfdarları tərəfindən atəşə tutulub. Bu barədə ölkənin keçid hökumətinin Daxili İşlər Nazirliyi özünün rəsmi Telegram kanalı vasitəsilə məlumat yayıb.
“Toqquşma zamanı iki hücumçu öldürülüb, bir neçə nəfər isə yaralanıb”, - məlumatda deyilir. Hadisə Suriya paytaxtının cənubunda yerləşən Nəcha kəndində baş verib. Bundan sonra patrul əlavə qüvvələrlə gücləndirilib, ərazi mühasirəyə alınıb.
Martın 24-də Latakiya və İdlib əyalətlərinin sərhədindəki dağlıq ərazilərdə eks-prezidentin 15 silahlı tərəfdarı saxlanılıb. Həmçinin Xan Şeyxun şəhəri ərazisində keçmiş rejimlə əlaqəli bir neçə qrup müəyyən edilib və burada təmizləmə əməliyyatı aparılıb.
Almaz Həsənli