Özbəkistanda məsciddə partlayış baş verib, xəsarət alanlar var

Özbəkistanda məsciddə partlayış baş verib, xəsarət alanlar var

31 Mart 16:12
Bəyəndim (0) Bəyənmədim (0)

Özbəkistanın şərqindəki Əndican vilayətindəki məscidlərdən birində qaz-hava qarışığının partlaması baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb.

“Bu il martın 31-də saat 12:19-da Fövqəladə Hallar Nazirliyinin Əndican Regional İdarəsinə İzbaskan rayonunda yerləşən Əhmədəli Xoca məscidində qaz-hava qarışığının alışması barədə məlumat daxil olub”, - Telegram kanalında bildirilib.

Hadisə yerinə rayon polis idarəsinin rəhbərliyi və məsul şəxslər gəlib. Vəziyyət tam nəzarət altındadır İlkin məlumata görə, altı nəfər xəsarət alıb.

Əziz Mustafa, Oxuməni.az