
Finlandiya prezidenti Trampa Ukraynada atəşkəs tarixini təklif edib
Finlandiya prezidenti Aleksandr Stubb amerikalı həmkarı Donald Trampa Ukraynadakı münaqişə zonasında atəşkəslə bağlı 20 apreldə razılığa gəlməyi təklif etdiyini bildirib, SVT xəbər verir.
Stubb bildirib ki, martın 29-da Floridada şəxsi görüş zamanı ABŞ liderinə məhz bunu deyib. Finlandiya prezidenti izah edib ki, heç bir şərt olmadan tam atəşkəs üçün konkret tarix lazımdır.
"Niyə 20 aprel? Çünki bizə son tarix lazımdır, çünki bu Pasxa bayramıdır və prezident Donald Tramp cəmi üç aydır ki, vəzifədədir" dedi.
Finlandiyalı siyasətçi həmçinin atəşkəsin razılaşdırıla bilməməsi və ya Rusiyanın onun şərtlərini pozması halında “güclü sanksiyalar mexanizmi” yaratmağa çağırıb.
Bu fonda Tramp NBC telekanalının jurnalisti Kristen Uelkerə telefonla müsahibəsində Moskvanın mövqeyinə görə Ukraynada nizamlanma üzrə razılığa gəlmək mümkün olmadığı təqdirdə Rusiyadan gələn bütün neftə 25% rüsum tətbiq edəcəyi ilə hədələyib.
Əziz Mustafa, Oxuməni.az