Tramp üçüncü müddətə prezident seçiləcəyini istisna etməyib

Tramp üçüncü müddətə prezident seçiləcəyini istisna etməyib

31 Mart 12:50
Bəyəndim (2) Bəyənmədim (0)


ABŞ prezidenti Donald Tramp üçüncü müddətə namizədliyini istisna etməyib. Bazar günü, martın 30-da “NBC”-yə verdiyi müsahibədə o, "bir çox insanın bunu istədiyini" və ona bunu etməyə imkan verəcək "metodların" olduğunu söyləyib. "Amma qarşımızda uzun yol var. Mən indiki məqama fokuslanmışam", - o əlavə edib. Lakin telekanal stenoqramdan çıxarışlarla məhdudlaşaraq müsahibənin səs yazısını dərc etməyib.
Tramp hakimiyyətdə qalmaq üçün hansı konkret üsullardan istifadə edə biləcəyi ilə bağlı suala cavab verməyib. Bununla belə, o, jurnalistin səsləndirdiyi versiyanı da istisna etməyib ki, ona görə ABŞ-ın hazırkı vitse-prezidenti Cey Di Vens 2028-ci ildə keçiriləcək prezident seçkilərində qalib gələcək və daha sonra bu postu Donald Trampa təhvil verəcək.
Demokrat Franklin D. Ruzveltin dörd dəfə prezident seçilməsindən sonra 1951-ci ildə qəbul edilmiş ABŞ Konstitusiyasına 22-ci Düzəlişə əsasən, heç kim ardıcıl və ya aralarındakı fasilə ilə iki müddətdən artıq vəzifədə qala bilməz. O, həmçinin ABŞ prezidenti vəzifəsini tuta bilməyən şəxsin vitse-prezident seçilə bilməyəcəyini də nəzərdə tutur.
Lakin Konstitusiyanın dəyişdirilməsi üçün Konqres üzvlərinin üçdə ikisinin dəstəyi və ya ən azı 34 ştatın tələb etməli olduğu xüsusi qurultay tələb olunur. Respublikaçılar hazırda ABŞ Nümayəndələr Palatasındakı 435 yerdən 218-nə və Senatdakı 100 yerdən 53-nə sahibdirlər. 27 ştatda respublikaçı qubernatorlar seçilib.
Almaz Həsənli