
Livanda İsrailin şimalına raket atmada iştirak edən yaraqlılar saxlanılıb
Livan ordusu martın 28-də İsrailin şimalını atəşə tutan yaraqlıları həbs edib.
Araşdırma zamanı İsrail ərazisinə raket zərbələri endirməkdə iştirak edənlərin suriyalı və fələstinlilər qrupunu olduğu üzə çıxıb. Bununla bağlı Livan hakimiyyət orqanları İsrailə qarşı silahlı hücumun arxasında məhz kimin dayandığını öyrənməyə çalışır.
Şimal İsrailin atəşə tutulması İsrailin Beyrut və Livanın cənubuna cavab zərbələri endirməsinə səbəb olub.
Martın 30-da Hizbullahın baş katibi Naim Qassem bildirib ki, şiə təşkilatı İsrailin haqsız təcavüzünə dözməyəcək.
Martın 23-də İsrailin baş naziri Benyamin Netanyahu raket hücumlarına cavab olaraq Livanda Hizbullahın onlarla hədəfinə zərbələr endirmək əmri verdiyini bildirib. Netanyahunun ofisi əlavə edib ki, Livan hökuməti onun ərazisində baş verən hər şeyə görə tam məsuliyyət daşıyır.
Bundan əvvəl İsrail Livanın cənubundan demək olar ki, bütün qoşunlarını çıxarmışdı.
Əziz Mustafa, Oxuməni.az