
Britaniya və Fransa sülhməramlıların sayını razılaşdırmaq üçün Ukraynaya komanda göndərəcək
Britaniya və Fransa Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsinə sadiq qalırlar. “The Washington Post”un mənbələrə istinadən verdiyi məlumata görə, London və Paris “istəklilər koalisiyasının” mümkün kontingentinin sayını müəyyən etmək üçün Ukrayna ərazisinə hərbi ekspertlər göndərmək niyyətindədirlər.
Nəşrin yazdığına görə, bir çox Avropa ölkələri koalisiya qüvvələrinin maddi-texniki təchizatını təmin etmək üçün öz ərazilərini verməyə, eləcə də Ukraynaya göndəriləcək hərbi personalı təmin etməyə hazır olduqlarını bəyan ediblər. Lakin bu mərhələdə Fransa və Böyük Britaniya Avropa liderlərinin heç bir ictimai öhdəliklərini təmin edə bilməyiblər. Vəziyyət ABŞ-ın kontingentin yaradılmasını asanlaşdırmaq istəməməsi ilə daha da pisləşir.
Rusiya dəfələrlə Ukraynaya sülhməramlıların göndərilməsinin əleyhinə çıxış edib. Martın 19-da Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, başqa ölkələrin hərbi qulluqçularının istənilən “bayraq” altında yerləşdirilməsi Rusiya hakimiyyəti tərəfindən bu ölkələrin münaqişədə birbaşa iştirakı kimi qiymətləndiriləcək. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Avropanın Ukraynada sülhməramlı qoşunların yerləşdirilməsi ilə bağlı müzakirəsini “təhlükəli tendensiya” adlandırıb.
Əziz Mustafa, Oxuməni.az