Moskvada Putinə məxsus  330 min avro dəyərində limuzin partladılıb

Moskvada Putinə məxsus 330 min avro dəyərində limuzin partladılıb

31 Mart 09:41
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident Vladimir Putinə məxsus Aurus Senat limuzini Moskvada FSB binasının yaxınlığında partladılıb. Hadisə zamanı Putin limuzinin içində olmayıb. Bu barədə məlumat Serbiyanın "Kuryer", Britaniyan "The Sun" və Almaniyanın "Bild" nəşrləri tərəfindən yayılıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər limuzindəki yanğını söndürə biliblər. Lakin limizin yararsız hala düşüb. Rusiya xüsusi xidmət orqanları baş verən hadisəni araşdırırlar.

Siyası analitiklərin fikrincə, Bu hadisə Kremldə çaxnaşma yarada bilər

Hadisə ilə bağlı “The Sun” yazır ki, Rusiya liderinin Murmanska bu yaxınlarda səfəri zamanı Putin Murmanskda Naməlum Əsgərin məzarının yanına əklil qoymazdan əvvəl Federal Mühafizə Xidmətinin (FSO) zabitinin fəxri qarovulun hər bir üzvündə gizli silahlar və ya partlayıcı qurğular olub-olmaması üçün hərtərəfli axtarış apardığı görüntülər çəkilib. Qəzet iddia edir ki, fəxri qarovul dəstəsinə patronsuz tüfənglər verilib.

Əziz Mustafa, Oxuməni.az