Özbəkistanda Vaqner PMC-nin sıralarında döyüşən şəxs muzdluluqda təqsirli bilinib

Özbəkistanda Vaqner PMC-nin sıralarında döyüşən şəxs muzdluluqda təqsirli bilinib

30 May 16:09
Bəyəndim (0) Bəyənmədim (0)

Daşkənd vilayətinin Yangiyul şəhər məhkəməsi 50 yaşlı Özbəkistan vətəndaşı A.Muxtarovu başqa dövlətin tərəfində silahlı münaqişədə iştirak etməkdə, habelə qanunsuz olaraq narkotik vasitə saxlamaqda təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edib. Bu barədə UzNews xəbər verir.

İş materiallarına görə, Muxtarov Rusiyaya 2022-ci ilin sentyabrında gəlib. Həmin vaxt o, internetdə Vagner PMC-yə qoşulmaq təklifi ilə maraqlanıb. O, şirkətin Molkino ferması ərazisindəki hərbi düşərgəsinə gəlib. Orada döyüş hazırlığı keçib və müqavilə bağlayaraq Ukrayna ərazisində döyüşlərdə iştirak edib. Özbəkistan vətəndaşı qumbara qəlpələri ilə ağır yaralanıb və xəstəxanaya çatdırılıb. 2023-cü ilin mart ayında vətənə qayıdıb.

Bu ilin fevral ayında keçirilən əməliyyat tədbiri zamanı Ə.Muxtarovun evindən, onun şəxsi istifadəsi üçün saxladığı, ümumi çəkisi 9,74 qram olan bir bağlama marixuana aşkar edilib.

Təqsirləndirilən şəxs Özbəkistan Cinayət Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsi ("Muzdluluq") və 276-cı maddəsinin 1-ci hissəsi ("Qanunsuz olaraq narkotik vasitələri saxlama") ilə təqsirli bilinib. Peşmançılıq hissi və cinayət tərkibinin olmaması nəzərə alınaraq, o, 5 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Əziz Mustafa, Oxuməni.az