Aİ Qara dənizdə təhlükəsizlik mərkəzi yaratmaq istəyir

Aİ Qara dənizdə təhlükəsizlik mərkəzi yaratmaq istəyir

29 May 14:17
Bəyəndim (2) Bəyənmədim (0)

Avropa İttifaqı potensial təhlükələri izləmək və kritik infrastrukturu qorumaq üçün Qara dənizdə dəniz təhlükəsizliyi mərkəzi yaratmağı təklif edib. Bu barədə “Reuters” xəbər verir.

Qeyd olunur ki, belə bir qərar Avropa rəsmilərinin Rusiyadan daimi təhlükə ilə bağlı xəbərdarlıqları və Aİ-də sualtı infrastruktur üçün risklərlə bağlı artan narahatlıqlar fonunda qəbul edilib.

Aİ sənədində mərkəzin qısa müddətdə və “Rusiyanın aqressiv müharibəsi səbəbindən prioritetlə” yaradılacağı bildirilir.

Sənəddə deyilir ki, mərkəz Qara dəniz ölkələri və Aİ-nin töhfələrindən istifadə edəcək və “Qara dənizdə dəniz situasiyaları ilə bağlı məlumatlılığı və məlumat mübadiləsini, kosmosdan dənizin dibinə qədər real vaxt monitorinqini və erkən xəbərdarlığı yaxşılaşdıracaq”.

Avropa Komissiyası və Aİ-nin Ali Nümayəndəsi Kaja Kallasın təklifində qeyd edilir ki, mərkəz sualtı kabellərin, dəniz qurğularının, qaz və külək enerjisi əməliyyatlarının monitorinqini əhatə edəcək. O, sualtı sensorlar, uzaqdan idarə olunan gəmilər və müşahidə dronlarından istifadə edəcək.

Əziz Mustafa, Oxuməni.az