İlon Mask Tramp administrasiyasını tərk edəcəyini açıqlayıb

İlon Mask Tramp administrasiyasını tərk edəcəyini açıqlayıb

29 May 10:45
Bəyəndim (3) Bəyənmədim (0)

İş adamı, Tesla və SpaceX şirkətlərinin rəhbəri İlon Mask ABŞ prezidenti Donald Trampın administrasiyasında tutduğu xüsusi dövlət işçisi vəzifəsini tərk edəcəyini açıqlayıb.
Oxuməni.az xəbər verir ki, bu barədə Ağ Ev nümayəndəsinə istinadən “Associated Press” agentliyi məlumat yayıb.
Mask mayın 29-a keçən gecə X sosial şəbəkəsində yazıb: “Xüsusi dövlət işçisi kimi səlahiyyət müddətimi başa vurarkən, israfçı xərcləri azaltmaq imkanına görə prezident Donald Trampa təşəkkür etmək istəyirəm”.
DOGE missiyası zaman keçdikcə daha da güclənəcək, çünki bu, bütün hökumətin həyat tərzinə çevrilir.
Mask ildə 130 gündən çox olmayan xüsusi dövlət işçisi postunu tuta bilər, bu müddət mayın 30-da başa çatır.
Tramp administrasiyasında Mask, "səmərəsiz" məmurların işdən çıxarılması da daxil olmaqla, hökumət xərclərini azaltmaq üçün yaradılan Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edirdi. “Associated Press”-in qeyd etdiyi kimi, Mask əvvəlcə xərcləri iki trilyon dollar, sonra bir trilyon azaltmaq istəsə də, son nəticədə barı 150 milyard dollara endirdi.

Almaz Həsənli