
Vladimir Putin Hakan Fidanı qəbul edib
Rusiya prezidenti Vladimir Putin Moskvada səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib. “RİA Novosti” bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verir.
Daha əvvəl Kremlin mətbuat katibi Dmitri Peskov əsas danışıqların Rusiya xarici işlər naziri Sergey Lavrovla olacağını bildirmişdi. “Bu danışıqların əsas mövzusu ikitərəfli münasibətlərin müzakirəsi olacaq: “Təbii ki, Ukrayna məsələsi ilə bağlı fikir mübadiləsi də məcburi olacaq”, - Peskov bildirib.
Bazar ertəsi günortadan sonra Fidan artıq üç ildə Ukrayna ilə İstanbulda keçirilən ilk birbaşa danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən Rusiya prezidentinin köməkçisi Vladimir Medinski ilə görüş keçirib.
Türkiyə diplomatiyasının rəhbərinin səfəri Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində diplomatik səylərin intensivləşməsi fonunda baş verir. Türkiyə ənənəvi olaraq özünü Moskva və Kiyev arasında vasitəçi kimi göstərir və danışıqlar üçün platforma yaradır.
Almaz Həsənli