
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
“The Wall Street Journal” öz mənbələrinə istinadən yazır ki, ABŞ prezidenti Donald Tramp bu həftədən etibarən Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyi düşünür.
Çərşənbə axşamı “Aktualnaya kamera” xəbər verir ki, mənbələrə görə, bu addımın səbəbi Trampın Rusiya prezidenti Vladimir Putinin hərəkətlərindən, xüsusən də Ukraynaya qarşı davam edən hücumlarla və sülh danışıqlarının ləngiməsindən məyus olması olub.
Medianın qeyd etdiyi kimi, yeni sanksiyalar böyük ehtimalla bank sektoruna təsir etməyəcək, lakin Rusiya rəhbərliyini güzəştə getməyə məcbur edə biləcək digər təzyiq tədbirləri müzakirə olunur. Digər məsələlərlə yanaşı, danışıqlar 30 günlük atəşkəslə razılaşmanı da əhatə edə bilər.
Bu arada Ukrayna prezidenti Vladimir Zelenski axşam çıxışında deyib ki, kəşfiyyat məlumatlarına görə, Putin və onun ətrafı genişmiqyaslı müharibəyə son qoymaq niyyətində deyil.
Almaz Həsənli