İsrailin Qəzzada məktəbə hücumu nəticəsində 20 nəfər həlak olub

İsrailin Qəzzada məktəbə hücumu nəticəsində 20 nəfər həlak olub

26 May 14:30
Bəyəndim (2) Bəyənmədim (0)

İsrailin Qəzzanın Dərac bölgəsində məktəbə endirdiyi zərbə nəticəsində 20 nəfər həlak olub. Məktəb binasında məcburi köçkünlər yaşayırdılar. Bu barədə yerli səhiyyə orqanlarına istinadən Reuters agentliyi məlumat yayıb.

Nəşrin mənbələrinin məlumatına görə, məktəbə hücum zamanı yaralanan onlarla insan arasında qadınlar və uşaqlar da var.

Ötən həftə İsrail Qəzza zolağında yeni quru əməliyyatı, Gideonun arabası əməliyyatına başlayıb. Onun məqsədi Fələstin anklavı üzərində İsrail Müdafiə Qüvvələrinə daha sərt əməliyyat nəzarəti yaratmaq və HƏMAS radikal qruplaşmasının komanda sistemini məhv etməkdir.

Əziz Mustafa, Oxuməni.az