
Prezident Pezeşkiyanın Ermənistana səfəri planlaşdırılır
İran tərəfi İran prezidenti Məsud Pezeşkiyanın İrəvana səfərini planlaşdırır. Bunu İran xarici işlər nazirinin müavini Səid Xətibzadə “İrəvan dialoqu – 2025” beynəlxalq konfransı çərçivəsində jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
O, bu həftə Ermənistana 5 rəsmi nümayəndə heyətinin gələcəyinin gözlənildiyini qeyd edərək, ötən həftə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İrana səfər etdiyini də xatırladıb.
"İndi biz ölkə rəhbərinin İrəvana səfərini planlaşdırırıq. Paytaxtlar arasında siyasi məsləhətləşmələr gedir və iqtisadi sahəyə gəlincə, münasibətlər çox yüksək səviyyədədir və yaxın gələcəkdə, daşımalarda sıfır faiz dərəcəsi tətbiq edildikdə, iqtisadi əməkdaşlıq sürətlə inkişaf edəcək", - Səid Xətibzadə bildirib.
Almaz Həsənli