
İsveç Ukraynaya 500 milyon dollardan çox hərbi yardım ayırıb
İsveç hökuməti Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəlmiş fondlara və təşəbbüslərə təxminən 4,8 milyard İsveç kronu (təxminən 504 milyon dollar) ianə edib. Bu barədə İsveç hökumətinin saytı məlumat yayıb.
"Beynəlxalq ictimaiyyət Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün logistika və avadanlıqların alınmasına yönəlmiş bir sıra çoxtərəfli fondlar və təşəbbüslər yaradıb. İsveç onların bir neçəsinə öz töhfəsini verir", - məlumatda deyilir.
Qeyd olunur ki, bu ianələr Ukraynaya hökumətin martın 31-də təqdim etdiyi və aprelin 29-da ölkə parlamenti tərəfindən qəbul edilən 19-cu dəstək paketinin bir hissəsidir.
"Bu ödənişlər Ukrayna Silahlı Qüvvələrini və müdafiə sənayesini Rusiyaya qarşı müdafiədə daha güclü edəcək", - İsveçin müdafiə naziri Poul Conson bildirib.
Əziz Mustafa, Oxuməni.az