Çexiyanın müdafiə naziri Jana Çernochovanın olduğu avtomobil qəzaya uğrayıb

Çexiyanın müdafiə naziri Jana Çernochovanın olduğu avtomobil qəzaya uğrayıb

28 May 11:26
Bəyəndim (0) Bəyənmədim (0)

Çərşənbə axşamı, mayın 27-də Çexiyanın müdafiə naziri Jana Çernochovanın olduğu avtomobil qəzaya düşüb. Bu barədə RBC-Ukrayna Novinkiyə istinadən xəbər verir. Nəşrin məlumatına görə, Praqanın mərkəzində iki avtomobilin iştirakı ilə qəza baş verib.

Praqa polisinin sözçüsü Kristina Zelinkova deyib: "Hərbi polis maşını işıqları yandırılmış vəziyyətdə hərəkətdə olarkən onu başqa bir mülki avtomobil vurub".

Hüquq-mühafizə orqanlarının məlumatına görə, iki avtomobilin toqquşması yol ayrıcında baş verib və nəticədə tramvayın hərəkəti təxminən on dəqiqə dayanıb.

Qeyd olunur ki, Çexiyanın müdafiə naziri tutduğu vəzifəyə görə hərbi maşından və hərbi polisin təmin etdiyi mühafizədən istifadə edir.

Əziz Mustafa, Oxuməni.az