Prezident İlham Əliyev: Ermənistanın irəli sürdüyü əsassız iddialar tamamilə yalan və cəfəngdir

Prezident İlham Əliyev: Ermənistanın irəli sürdüyü əsassız iddialar tamamilə yalan və cəfəngdir

26 Yanvar 2023 15:18
Bəyəndim (0) Bəyənmədim (0)

Son dövrlərdə Azərbaycan ərazisində Laçın-Xankəndi yolunun guya bağlanması barədə Ermənistanın irəli sürdüyü əsassız iddialar tamamilə yalan və cəfəngdir.

Oxuməni.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Fransanın ölkəmizdə yeni təyin olunmuş səfiri xanım Ann Buayonun etimadnaməsini qəbul edərkən söyləyib.

Prezident İlham Əliyev bildirib ki, Rusiya sülhməramlılarının və Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə mülki təyinatlı yüklərin və mülki şəxslərin bu yolla daşınması təmin edilir. Dekabrın 12-dən etibarən 1000-ə yaxın nəqliyyat vasitəsinin bu yol ilə hər iki istiqamətdə keçidi təmin olunub.

Dövlətimizin başçısı Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasının və ölkəmizin bu yataqlar üzərində daimi monitorinqinin təmin edilməsinin vacibliyini vurğulayıb.