Naxçıvan-Dilucu sərhəd qapısı

Naxçıvan-Dilucu sərhəd qapısı

2 Fevral 2023 10:33
Bəyəndim (0) Bəyənmədim (0)

Uzun müddətdir nəqliyyat vasitələri üçün bağlı olan Naxçıvan-Dilucu sərhəd qapısı yenidən açılır. Keçən həftə Türk mətbuatında “NAXÇIVAN QAPILARI AÇILSIN” başlıqlı xəbərlərdən sonra İğdır valisi H.Engin Sarıibrahim və Türkiyənin Naxçıvan baş konsulu Asip Kayanın təşəbbüsləri nəticəsində gecə saat 24.00-dan etibarən Türkiyə ilə Naxçıvan arasında səfər edəcək vətəndaşlar qeyri-rəsmi mənbələrə görə şəxsi avtomobilləri ilə girib-çıxa bildiklərini bildiriblər. Əldə edilən məlumata görə, Naxçıvanda rəhbərlik dəyişikliyindən sonra edilən tənzimləmə ilə əlaqədar fevralın 1-dən nəqliyyat vasitələrinin gömrük qapısına giriş-çıxışına başlanılacağı bildirilib. Naxçıvan sərhəd qapısının avtomobil keçidinə açılması xəbəri Naxçıvan və İğdır vətəndaşlarını çox sevindirib. İqtisadiyyatın bu pis dövründə qapının açılmasının ticarətə müsbət təsir edəcəyi gözlənilir. İğdırlılar, “Alınan qərar bizi çox sevindirdi. Bu iqtisadi şəraitdə qapının bağlanması bizə əziyyət verirdi. İndi rahat nəfəs alacağıq” deyə bildiriblər.

İğdırlı Biznesmen və Sənətkarlar Palatasının sədri Atakan Dəmirçi “Dükançılarımız çətin vəziyyətdə idi. Qapının açılması çox gözəl olacaq, nəqliyyat vasitəsinin giriş-çıxışı mağaza sahiblərimizin üzünü güldürəcək. Əməyi keçənlərə təşəkkür edirəm. İğdırlılara, Naxçıvanlılara uğurlar. Biz iki dövlət, bir millətik. İnşallah daha bağlanmaz. Bundan sonra Naxçıvanlı qardaşlarımız İğdıra gəlib rahat şəkildə alış-veriş edəcəklər"- deyə bildirib.

Murad Şahməmmədov