VİDEO-17 min dollara qumarda uduzulan qadının etirafı

VİDEO-17 min dollara qumarda uduzulan qadının etirafı

11 Dekabr 2013 15:06
Bəyəndim (0) Bəyənmədim (0)
O, 2 azyaşlı uşağına ayrılan alimenti hələ də ala bilmədiyini söyləyir

Bu günlərdə redaksiyamıza taleyindən şikayət edən dərdli bir xanım təşrif buyurdu. Əri tərəfindən atılmış Göyçək Rəhimova ailədə zorakılığa məruz qaldığını, dəfələrlə döyülərək təhqir olunduğunu, 17 min dollara qumara qoyulduğunu iddia edirdi. O, rəsmi qaydada boşandığını bildirsə də, 2 azyaşlı uşağına ayrılan alimenti hələ də ala bilmədiyini söyləyirdi. Hətta bu işdə rəsmi dövlət strukturlarının ona kömək etmədiklərindən gileylənirdi. Göyçək Rəhimova həmçinin iddia edirdi ki, keçmiş həyat yoldaşı heç bir döyüş bölgəsində iştirak etmədiyi halda saxta "Qarabağ əlillik" sənədi alıb.

Həmsöhbətimizlə video-müsahibəni sizlərə təqdim edirik.

Qeyd: Şəkillərdə Göyçək Rəhimovanın sabiq həyat yoldaşı əsgərlikdə və iş başında əks olunub.

Mehriban Bəylərqızı

Mediainfo.az