Ukraynanın tanınmış uşaq ürək cərrahları Azərbaycanda olacaqlar

Ukraynanın tanınmış uşaq ürək cərrahları Azərbaycanda olacaqlar

17 Sentyabr 2019 15:11
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın tanınmış uşaq ürək cərrahları Azərbaycana səfər edəcəklər.

Oxumeni.az xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Səhiyyə Nazirliyinin Uşaq Kardiologiyası və Ürək Cərrahiyyəsi Elmi və Praktik Tibb Mərkəzinin direktoru, Ukraynanın Əməkdar həkimi İlya Emetsin başçılıq etdiyi heyət sentyabrın 20-23 Bakıda, 23-24-də isə Naxçıvanda olacaq.

Səfər çərçivəsində Azərbaycan cərrahları və tibb mütəxəssisləri ilə elmi-praktik görüşlər keçiriləcək. Həkimlər ürək xəstəsi olan uşaqları müayinə edəcək, ehtiyac yarandığı təqdirdə mürəkkəb cərrahiyyə əməliyyatları aparacaqlar.

Oxumeni.az