İran məhkəməsi xüsusi və açıq proses keçirməlidir ki, təqsirkarlar bəlli olsun

İran məhkəməsi xüsusi və açıq proses keçirməlidir ki, təqsirkarlar bəlli olsun

14 Yanvar 2020 16:15
Bəyəndim (0) Bəyənmədim (0)

İranın məhkəmə hakimiyyəti xüsusi və açıq məhkəmə prosesi keçirməlidir ki, təqsirkarlar bəlli olsun.

Oxumeni.az xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.

O bildirib ki, bütün dünya bu məhkəmə prosesini izləyəcək. Ona görə də prosesə həlak olanların yaxınları və qohumları da dəvət olunmalıdır.

Prezident nəzərə çatdırıb ki, çox kobud və bağışlanmaz yanlışlıq baş verib.

Həsən Ruhani təyyarə qəzasında həlak olanları yaxınlarına söz verib ki, proses ədalətli şəkildə keçiriləcək.

Onun sözlərinə görə, təyyarənin yanlışlıqla raketlə vurulması haqqında xəbər aldıqdan dərhal sonra hadisənin olduğu kimi ictimaiyyətə açıqlanması haqqında göstəriş verib.

Qeyd edək ki, yanvarın 8-də Tehranda Ukraynanın sərnişin təyyarəsinin yanlışlıqla vurulması nəticəsində 176 sərnişin həlak olub. Bu gün isə yanlışlığa yol verən bir sıra hərbçilər həbs edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az