Tarraqona əyalətində iki günlük matəm elan edilib
Dünən axşam İspaniyanın Tarraqona əyalətinin cənubunda yerləşən neft-kimya zavodunda güclü partlayış baş verib.
Oxumeni.az xəbər verir ki, partlayış nəticəsində bir nəfər həlak olub, səkkiz adam ağır xəsarətlər alıb, daha bir nəfər itkin düşüb.
Hadisə “İqoxe” zavodunda - İspaniyada etilen oksidi istehsal edən yeganə müəssisədə baş verib. Partlayış yanğına səbəb olub.
Tarraqona şəhər şurası bu partlayışla əlaqədar ikigünlük matəm elan edib. Şəhər meri baş vermiş hadisələrin müzakirə edilməsi və bələdiyyə hökumətinə məlum olan bütün informasiyanın təqdim edilməsi üçün şura iclası çağırıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Oxumeni.az
Digər xəbərlər