
"Liverpul" çempionluğa doğru daha bir addım atıb
Çempionlar liqasındak mübarizəni dayandıran və bundan əvvəlki turda "Fulhem"ə uduzan "Liverpul"a "Vest Hem"-a qalib gəlmək hava və su kimi lazım idi. İlk dövrədə londonluları 5:0 hesabı ilə darmadağın edən mersisaydlılar indi onları "Enfild"də sadəcə, lakin zövqlə məğlub etməli idilər. Artıq oyunun 18-ci dəqiqədə Salahın ötürməsindən sonra Dias hesabı açıb. Qonaqlar isə buna təhlükəli hücumlarla cavab veriblər. Sanki meydanda birinci dövrədə "Liverpul"a 0:5 hesabı ilə uduzan "Vest Hem" deyildi. Bu da öz nəticəsini verdi.
Qonaqların təhlükəli hücumlaından birində, oyunun 86-cı dəqiqəsində Robertson avtoqola imza atdı və hesab bərabərləşdi. Bununla belə “qırmızılar” yenidən önə keçmək üçün özündə güc tapa bildi. Van Deyk 89-cu dəqiqədə topu rəqib qapısından keçirərək komandasının qələbəsini təmin etdi.
Arno Slotun komandası uğurla çempionluğa doğru irəliləyir və çempionatın başa çatmasına 6 tur qalmış ikinci yerdə gedən "Arsenal"ı on üç xal qabaqlayır. Əgər hər hansı möcüzə baş verməsə "Liverpul" vaxtından əvvəl ölkə çempionluğunu bayram edəcək.
Əziz Mustafa, Oxuməni.az