“Barselona” 105 milyonluq futbolçudan imtina etdi

“Barselona” 105 milyonluq futbolçudan imtina etdi

19 Avqust 2018 22:47
Bəyəndim (0) Bəyənmədim (0)

"Barselona" Paul Poqbanın transferindən hələlik imtina edib.

Kataloniya klubu "Mançester Yunayted"in fransız ulduzunu gələn yay heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, Poqba 2016-cı ilin yayında "Yuventus"dan 105 milyon avroya "Mançester Yunayted"ə transfer olunub. 25 yaşlı yarımmüdafiəçi İngiltərə klubunun heyətində 89 rəsmi oyuna çıxaraq 16 qol vurub və 18 məhsuldar ötürmə edib.(fanat.az)