Ndlovudan 15 oyunda 12 qol
Qış fasiləsində "Qarabağ"dan Çinin "Xançjou Qrintaun" klubuna keçən Dino Ndlovu yerli çempionatda növbəti qolunu vurub.
Qol.az-ın məlumatına görə, cənubi afrikalı hücumçu birinci divizionun 20-ci turunda "Helonqjanq Lava" ilə səfər oyununda fərqlənib.
78-ci dəqiqədə hesabı bərabərləşdirən forvard bununla da bu mövsüm meydana çıxdığı 15-ci oyununda qollarının sayını 12-yə yüksəldib. Qarşılaşma isə Dinonun komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Ndlovunun çıxış etdiyi "Xançjou Qrintaun" klubu 20 turdan sonra 36 xalla 2-ci pillədə qərarlaşıb.
Digər xəbərlər




















































.jpg)




































